Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Əmlak Məsələləri Dövlət Komitəsinin 6 işçisi işdən azad olunub
15.01.13 01:18

Ötən il Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) strukturuna daxil olan qurumlarda etik davranış qaydalarının pozulmasına, əmr, sərəncam, tapşırıqların və digər əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə 10 dövlət qulluqçusuna töhmət verilib, 6 işçi işdən azad olunub.  ƏMDK-nin dövlət qulluqçularının etik davranış məsələləri üzrə ardıcıl tədbirlərlə bağlı məlumatında bildirilir ki, komitə tərəfindən 2012-ci ildə «Dövlət qulluğu haqqında» və «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» qanunlara uyğun olaraq, habelə “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı dövlət qulluqçularının etik davranış məsələləri üzrə ardıcıl tədbirlər davam etdirilib, komitədə “Əmlak Məsələləri Dövlət Komitəsinin aparatında və onun strukturuna daxil olan qurumlarda işləyən dövlət qulluqçularının etik davranış Qaydaları” təsdiq edilib. Bu Qaydalara uyğun olaraq komitədə işləyən dövlət qulluqçularının xidməti davranışlarının etik davranış qaydalarına uyğunluğuna nəzarətin təmin edilməsi vəziyyətinin öyrənilməsi və onun təhlilinin aparılması mütəmadi olaraq həyata keçirilir. Pozuntu hallarına yol vermiş dövlət qulluqçuları barəsində intizam tənbehi tədbirləri görülmüş və bu barədə məlumatlar Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edilib.
Hesabat ilində ƏMDK strukturuna daxil olan qurumlarda işləyən 16 dövlət qulluqçusu etik davranış qaydalarının pozulmasına, əmr, sərəncam, tapşırıqların və digər əmək  funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə intizam məsuliyyətinə cəlb olunmuşlar. Belə ki, «Dövlət qulluğu haqqında» qanuna əsasən 10 işçiyə töhmət verilmiş, 6 işçi işdən azad olunub.
Bu dövrdə etik davranış qaydalarına uyğunluğuna nəzarətin təmin edilməsi və bu sahədə maarifləndirmə işlərinin aparılması məqsədi ilə komitənin aidiyyəti şöbələrinin əməkdaşları respublikanın şəhər və rayonlarına ezam edilib, komitədə çalışan dövlət qulluqçuları üçün 9 və 22 dekabr 2012-ci il tarixlərində “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda seminarlar keçirilib. Komitənin rəsmi internet səhifəsində  “Etik davranış qaydaları” bölməsi yaradılmış və hazırda həmin internet səhifəsi vasitəsilə birbaşa müraciətlərin və elektron ərizələrin qəbul edilməsi imkanları mövcuddur.
URL / WWW
http://kelam.az/news/a-7383.html