Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Kür çayında suyun səviyyəsində azalma qeydə alınıb
15.01.13 01:14

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-200, Kiçik Qafqazın çaylarında 80-160, Lənkəran-Astara bölgəsi çaylarında 30-150, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil edir. Son üç gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 129 m3/s, ongünlük normanın 81 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 156 m3/s və ongünlük normanın 98 faizini təşkil edib. 
Son günlər ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 68 m3/s olmaqla, ongünlük normanın 101 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 66 m3/s təşkil etmiş və ongünlük normanın 99 faizinə bərabər olub.
Son günlərdə Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma qeydə alınıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1 sm, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma, Şirvanda 3 sm, Bankədə isə 2 sm artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 393 sm (2012-ci il yanvarın 14-də 556 sm), Şirvanda 272 sm (2012-ci il yanvarın 14-də 445 sm ), Salyanda 278 sm (2012-ci il yanvarın 14-də 412 sm), Bankədə 229 sm (2012-ci il yanvarın 14-də 305 sm), Araz çayının Novruzlu məntəqəsində isə 143 sm (2012-ci il yanvarın 14-də 258 sm) təşkil edir.
URL / WWW
http://kelam.az/news/a-7381.html