Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » General-leytenant Rövşən Əkbərova töhmət elan edilib
11.01.13 01:38

Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun müəmmalı ölümü ilə bağlı müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bir sıra əmrlər imzalayıb. Müdafiə Nazirliyindəki mənbələrdən APA-ya daxil olan məlumata görə, naziri əmri ilə hadisənin baş verdiyi N saylı hərbi hissənin tabe olduğu Şəmkir hərbi birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərova töhmət elan edilib.
Hərbi hissə komandiri polkovnik-leytenant Polad Həşimovun rütbəsi mayor rütbəsinə endirilib.
Bundan başqa, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini və bölük komandiri vəzifələrindən azad olunub.
URL / WWW
http://kelam.az/news/a-7376.html