Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ahıska türklərinin problemləri Türkiyənin gündəmində
07.01.13 19:51

Ahıska Türkləri Federasiyası tərəfindən Türkiyənin Bursa şəhərində reallaşdırılan yığıncağa qatılan Türkiyə Baş nazirinin müavini Bülənt Arınç Gürcüstandakı Ahıska türklərinin son vəziyyəti ilə əlaqədar açıqlama verib. Gürcüstanda bu məsələ ilə əlaqədar komissiya qurulduğunu dilə gətirən B.Arınç Ahıska türklərinin məsələlərini sonuna qədər təqib etdiklərini bildirib:
 “İndi orada siyasi dəyişiklik oldu. Gürcüstanda son seçkilərdə başqa bir baş nazir gəldi. Deyəsən 15-20 gün sonra Türkiyəyə gələcək. Onu da təqib edirik. O da bizimlə yaxşı əlaqələr qurmaq istəyir. Onlar da Türkiyə ilə dost olaraq davam edəcəyik, strateji ortaqlığımıza davam edəcəyik, Türkiyə ilə birlikdə hərəkət edəcəyik deyirlər. O gəldiyi zaman, qarşısına ilk məsələ kimi Ahıska türklərinin problemini qoyacağıq. İllərdən bəri bu mövzu müzakirə olunur, amma sahibsiz qalıb. Niyə? Çünki Türkiyənin yalnız Ahıksa türkləri deyil, başqa problemləri də var.”
URL / WWW
http://kelam.az/news/a-7368.html