Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Sinəmdə yurd dağı var” kitabı təqdim olunub
27.12.12 18:25

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Sinəmdə yurd dağı var” kitabının təqdimat mərasimi keçirilib. 
Yazıçı-jurnalist Vüqar Əsgərovun yazdığı kitab Qarabağ döyüşlərində misilsiz qəhrəmanlıqlar göstərən və Azərbaycan Prezidentinin “Azərbaycan Bayrağı Ordeni” və “Vətən uğrunda” medalı ilə təltif edilən Bilal Məmmədovun həyat və döyüş fəaliyyətinə həsr edilib. Kitab torpaqlarımızın müdafiəsi uğrunda erməni işğalçılarına qarşı döyüşən Bilal Məmmədovun mübarizəsinin konkret faktları əsasında qələmə alınıb.
Qeyd edək ki, kitabda Sırxavənd kəndinin şəhidləri haqqında da məlumat yer alıb.
Kitabda həmçinin müəllifin öz yaradıcılığından əlavə ayrı-ayrı ziyalıların, jurnalistlərin qəhrəman haqqında təəssüratları, fikirləri də əksini tapıb. Kitabın “Mətbuat dili ilə” adlı hissəsində isə ayrı-ayrı illərdə mətbuatda nəşr olunan Qarabağ döyüşləri, Bilal Məmmədovun qəhrəmanlığı haqqında məqalələr verilib.
URL / WWW
http://kelam.az/news/a-7359.html