Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Müftinin müavini qətlə yetirilib
27.12.12 18:24

Şimali Osetiya müftisinin müavini İbrahim Dudarov Vladiqafqaz yaxınlığında güllələnib.Qətl hadisəsi bu gecə baş verib. Müftinin meyiti Vladiqafqaz-Çmi yolundakı “Volqa” markalı avtomobildə aşkarlanıb. Faktla bağlı “Qətl” və “Qanunsuz silah dövriyyəsi” maddələri ilə cinayət işi başlanıb. 

Şimali Osetiya müftisi Hacımurad Qatsalov qətlin İbrahim Dudarov evə qayıdarkən baş verdiyini deyib: “Maşını saxlayıblar, müavinim maşından düşüb. Ona yaxın məsafədən 5 dəfə atəş açıblar”. Müfti qətlin mərhumun Şimali Osetiya Müsəlmanları Ruhani İdarəsindəki fəaliyyəti ilə bağlı olduğu ehtimalını irəli sürüb. O, Dudarovu heç vaxt münaqişəyə getməyən adam kimi xarakterizə edib.
URL / WWW
http://kelam.az/news/a-7358.html