Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Özlərini polis əməkdaşı kimi təqdim edən dələduzlar yaxalanıb
26.12.12 17:54

Abşeron rayon sakini Fazil Verdiyev Qaradağ RPİ 10-cu PB-nə müraciət edərək, dekabr ayının 20-də, Lökbatan qəsəbəsi ərazisində özlərini polis əməkdaşları kimi təqdim etmiş 4 naməlum şəxsin ona məxsus "Hyundai" markalı avtomaşına oturub, avtomaşında narkotik vasitə tapmalarını bildirərək buraxılması müqabilində 5000 manat pul istəmələri, ondan 1600 manat pul aldıqdan sonra düşürüb, avtomaşında getmələrini bildirib. 
 Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Xırdalan şəhər sakinləri Tərlan Yahyayev, Anar Məmmədov, Bakı şəhər sakinləri Elnur İsayev, Gülnaz Bayramova, Elxan Hacıyev və Elşən Ramazanov tutulublar.
URL / WWW
http://kelam.az/news/a-7356.html