Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7,8 faiz artıb
26.12.12 17:52

Cari ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 7,8 faiz artaraq 2952,6 milyon manat olub. Xidmətlərin 69,0 faizi hüquqi şəxslərin payına düşüb və onlar tərəfindən əhaliyə 2037,1 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 29,4 faiz çox xidmətlər göstərilib. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi ötən ilin 78,6 faizini təşkil edərək 915,5 milyon manat olub. 
İaşə müəssisələrinin dövriyyəsi 2011-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 12,5 faiz artaraq 319,7 milyon manata çatıb. 
İaşə dövriyyəsi həcminin 52,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,7 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşıb. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsi 167,2 milyon manat olub.
URL / WWW
http://kelam.az/news/a-7353.html