Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Sahibkarlıq subyektləri tərəfindən 27,4 milyard manatlıq məhsul istehsal olunub
26.12.12 17:51

2012-ci ilin yanvar-noyabr aylarında sənaye sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 27,4 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Ümumi istehsalın 92,2 faizi sənaye mallarının istehsalı, 7,8 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılıb. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 22,3 milyard manatlıq və ya ümumi istehsalın 81,4 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 5,1 milyard manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilib. 
Yanvar-noyabr aylarında istehlakçılara 27474,3 milyon manatlıq və ya bütün sənaye istehsalının 100,4 faizi qədər sənaye məhsulu göndərilib. Eyni zamanda 2012-ci il dekabr ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 161,2 milyon manatlıq hazır məhsul ehtiyatı olub. 
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınıb və satış üçün nəzərdə tutulmuş 18,1 milyon manat məbləğində digər mallar da olub.
URL / WWW
http://kelam.az/news/a-7352.html