Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Xətai, Nərimanov, Nizami və Quba rayonlarında yanğın olub
25.12.12 17:38

Xətai rayonunda vətəndaşa məxsus "HOW" markalı yük avtomobilinin təkərləri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. FHN-ə istinadən xəbər verir ki, Nizami rayonunda sahibi məlum olmayan, ümumi sahəsi 6 kv.m olan dəmir üzlüklü köşkün içərisindəki taxta üzlüyü yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 
Nərimanov rayonunda vətəndaş tərəfindən icarəyə götürülmüş ümumi sahəsi 350 kv.m olan taxta sexinin yanar konstruksiyaları və içərisinə yığılmış taxta materialları 150 kv.m sahədə yanıb. Sexin qalan hissəsi və bitişik anbarlar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Quba rayonu, Tülər kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus evin həyətyanı sahəsinə yığılmış 5 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.  
URL / WWW
http://kelam.az/news/a-7348.html