Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Vasim Məmmədəliyevin 70 illik yubileyi münasibətilə tədbir keçirildi
24.12.12 20:02

Qafqaz Müsəlmanları İdarəsində Azərbaycanın görkəmli şərqşünas-ilahiyyatçı alimi, QMİ Elmi-Dini Şurasının sədri akademik Vasim Məmmədəliyevin 70 illik yubileyi münasibətilə tədbir keçirildi.
Tədbirdə QMİ Elmi-Dini Şurasının üzvləri, Bakı İslam Universitetinin müəllim-tələbə heyəti, Azərbaycanın tanınmış ziyalıları, elm və ictimaiyyət xadimləri iştirak edirdi.

Yubiley tədbirini giriş sözü ilə açan QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə akademik Vasim Məmmədəliyevin Azərbaycanda ilahiyyat elminin inkişafı, İslam dininin elmi şəkildə öyrənilməsi sahəsində böyük xidmətləri barədə ətraflı danışdı. O xüsusi vurguladı ki, V. Məmmədəliyevin müqəddəs Kitabımız Qurani-Kərimin ana dilimizə tərcüməsi üzərində əməyi olduqca dəyərlidir. Akademikin 1998-ci ildə yaradılmış QMİ Elmi-Dini Şurasının sədri olaraq dini maarifçilik sahəsində böyük xidmətlərini xatırladan Şeyxülislam A. Paşazadə Vasim Məmmədəliyevi 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik etdi, ona uzun ömür, can sağlığı, elmi araşdırmalarında və ictimai fəaliyyətində yeni uğurlar dilədi.

QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə xüsusi vurguladı ki, akademik Vasim Məmmədəliyevin xidmətləri dövlətimiz tərəfindən daima yüksək dəyərləndirilmiş, o, ali dövlət mükafatları olan "Şöhrət", "Şərəf" ordenləri ilə təltif olunmuşdur.

Çıxış edən natiqlər də akademik Vasim Məmmədəliyevi 70 illik yubileyi münasibətilə təbrik etdilər, ona ən xoş arzularını yetirdilər. Tədbirin sonunda yubilyara xatirə hədiyyələri təqdim olundu.
URL / WWW
http://kelam.az/news/a-7346.html