Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binaları istifadəyə verilib
24.12.12 19:57

Bu gün Sumqayıt şəhərində, eləcə də paytaxtın Sabunçu rayonunun Zabrat, Suraxanı rayonunun Hövsan qəsəbələrində, Gəncə və Şəki şəhərlərində, Şəmkir rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binaları istifadəyə verilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Sumqayıtdakı binanın açılış mərasimdə iştirak ediblər.
Dövlət başçısı və xanımı mənzillərdə yaradılmış şəraitlə tanış olublar.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verib ki, əlillər və şəhid ailələri üçün inşa olunmuş 12 mərtəbəli 96 mənzilli yeni yaşayış binasında sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Mənzillərin tərtibatında müasir dizayn elementlərindən istifadə olunmuş və onlar mebel dəstləri ilə təmin edilib.
Dövlət başçısı yeni binanın sakinləri ilə görüşüb.
Nazir Füzulu Ələkbərov Prezident İlham Əliyevə məlumat verib ki, Gəncə və Şəki şəhərlərində, Zabrat və Hövsan qəsəbələrində, eləcə də Şəmkir rayonunda yeni binaların sakinləri telekörpü vasitəsilə Sumqayıtda keçirilən bugünkü mərasimi izləmək və dövlətimizin başçısına müraciət etmək imkanına malikdirlər. 
Prezidenti mərasimdə çıxış edib.
Sonra dövlətimizin başçısı yeni mənzillərin orderlərini və Naxçıvan avtomobil zavodunun istehsalı olan “Naz Lifan” markalı avtomobillərin açarlarını sahiblərinə təqdim etdi.
Qarabağ müharibəsi əlili Azər Quliyev onlara göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edib. 
Telekörpü vasitəsilə Şəki şəhərindən mərasimə bağlanan Qarabağ müharibəsi əlili Sərvər Məmmədov da Azərbaycan hərbçilərinin əməyinə verdiyi dəyərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Gəncə şəhərindən telekörpü vasitəsilə mərasimə qatılan şəhid anası Minayə Piriyeva ordunun və gənclərimizdə vətənpərvərlik ruhunun gücləndirilməsində göstərdiyi xidmətlərinə görə Azərbaycan Prezidentinə təşəkkür edib.
Çıxış edənlər Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik etdilər və dövlətimizin başçısının məhz belə bir gündə onlarla birlikdə olmasından sevinc duyduqlarını söylədilər. 
Onlar Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya da ən xoş arzularını çatdırdılar.
URL / WWW
http://kelam.az/news/a-7345.html