Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
24.12.12 17:55

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-190, Kiçik Qafqazın çaylarında 70-130, Lənkəran-Astara bölgəsi çaylarında 60-230, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 155 m3/s, ongünlük normanın 106 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 135 m3/s və ongünlük normanın 93 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 63 m3/s olmaqla, ongünlük normanın 87 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 77 m3/s təşkil etmiş və ongünlük normanın 106 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3 sm, Şirvan və Araz çayının Novruzlu məntəqələrində 2 sm artım, Bankədə 1 sm azalma, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 419 sm (2011-ci il dekabrın 24-də 570 sm), Şirvanda 295 sm (2011-ci il dekabrın 24-də 467 sm ), Salyanda 289 sm (2011-ci il dekabrın 24-də 419 sm), Bankədə 243 sm (2011-ci il dekabrın 24-də 312 sm), Araz çayının Novruzlu məntəqəsində isə 153 sm (2011-ci il dekabrın 24-də 268 sm) təşkil edir.
URL / WWW
http://kelam.az/news/a-7344.html