Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Səfər Əbiyev Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxini qəbul edib
24.12.12 17:39

Müdafiə naziri general-polkovnik Səfər Əbiyev bu gün Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxini qəbul edib.  Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı bölgədə hərbi-siyasi vəziyyət və hərbi-texniki əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb. 
Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Səfər Əbiyev bildirib ki, problemin indiyə qədər həll edilməməsinin başlıca səbəblərindən biri Rusiya Federasiyasının da həmsədr ölkə olduğu Minsk Qrupunun nəticəsiz fəaliyyəti ilə bağlıdır. Müdafiə naziri həmçinin qeyd edib ki, Dağlıq Qarabağda baş qaldıran seperatizmin vaxtında qarşısının alınmaması problemin yayılmasına şərait yaratdı və bu gün Rusiyanın özü həmin problemlərlə qarşılaşıb. Görüş zamanı rusiyalı səfir müdafiə nazirinə ölkəsinin Azərbaycana təyin olunmuş yeni hərbi attaşesini təqdim edib.
URL / WWW
http://kelam.az/news/a-7343.html