Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » CASCFEN özünün Məclisini və NTK-sını formalaşdırdı
24.12.12 17:37

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) “Park Inn” otelində özünün ilk Məclisini keçirib. Məclisin toplantısına qurumun üzvü olan 67 nəfərdən 45-i qatılıb. toplantıda CASCFEN sədri Azər Həsrətin məruzəsi dinlənilib, qurumun İnternet saytının təqdimatı keçirilib. 
Daha sonra qonaqlar – Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Xan çıxış edərək CASCFEN haqqında ürək sözlərini deyiblər. Aydın Xan öz çıxışında CASCFEN-ə üzv olmaq arzusunu da ifadə edib. toplantıya qonaq kimi qatılmış şair Tural İrfan da quruma üzv olmaq üçün müraciət edib. Hər iki müraciət müsbət həll edilib. 
Bundan sonra təşkilat məsələlərinə baxan toplantı iştirakçıları CASCFEN-in 29 nəfərdən ibarət Məclisinin tərkibini seçiblər. 
Məclisin tərkibi müəyyən edildikdən sonra “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal onun sədri, “Xalq qəzeti”nin əməkdaşı Əfsanə Ələsgərli isə katibi seçilib. 
toplantıda CASCFEN Nəzarət Təftiş Komissiyasının (NTK) 3 nəfərdən ibarət tərkibi də müəyyən edilib. Bunlar “Millətçilik” qəzetinin redaktoru Sevda Əsgərova, hüquqşünas Şəmşir Əlisoy və gənc şair, müəllim Habil Yaşardır. Məclisdən sonra keçirilən toplantıda NTK üzvləri Sevda Əsgəri bu qurumun sədri seçiblər. 
Məclisin toplantısında CASCFEN İdarə Heyətinin tərkibinə daha iki nəfər əlavə edilib. Bunlar Prof. Dr. Ramiz Əskər və şairə Səhər Əhməddir. Beləliklə İH-nin tərkibi 9 nəfərə çatdırılıb. 
toplantı iştirakçıları CASCFEN-in iki bölgə üzrə təmsilçilərinin təyin edilməsinə də səs verib. Şair Aqşin Dadaşoğlu Şimal bölgəsi üzrə, Həcər Əsgərova isə Qarabağ bölgəsi üzrə CASCFEN təmsilçiləri təyin edilib. 
Məclis iştirakçıları qurumun 2013-cü il üçün proqramının ümumi çərçivəsini də müəyyən edib. Nəzərdə tutulan əsas tədbirlər sırasında 20 mart 2013-cü il tarixində CASCFEN-in 10 illik yubiley tədbirinin keçirilməsi, 3 May Dünya Mətbuat Azadlığı Gününün qeyd edilməsi, 22 iyul Azərbaycan Jurnalistikası Gününə həsr edilmiş tədbir və sentyabr-oktyabr aylarında təşkilatın qurultayının keçirilməsi qərara alınıb. 
Sonda toplantı iştirakçıları təşkilatın layihələri haqqında fikir mübadiləsi aparıb və xatirə şəkli çəkdirib. 
URL / WWW
http://kelam.az/news/a-7342.html