Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Çaylarda və transsərhəd çaylarda mövcud vəziyyət açıqlandı
21.12.12 18:00

Lənkəran-Astara bölgəsində temperatur rejiminin yüksəlməsi və yağan yağışlarla əlaqədar dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində ərazidən axan çaylarda sululuğun artımı müşahidə olunub.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Lənkərançay-Lənkəranda suyun səviyyəsində 15 sm, Lənkərançay-Sifidorda 11 sm, Vəşərüçay-Daştatükdə 20 sm artım qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-190, Kiçik Qafqazın çaylarında 70-120, Lənkəran-Astara bölgəsi çaylarında 120-290, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 146 m3/s, ongünlük normanın 100 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 149 m3/s və ongünlük normanın 102 faizini təşkil edib. 
Bu gün Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 66 m3/s olmaqla, ongünlük normanın 91 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 78 m3/s təşkil etmiş və ongünlük normanın 107 faizinə bərabər olub.
URL / WWW
http://kelam.az/news/a-7335.html