Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakıda, Gədəbəydə və Masallıda yanğın olub
21.12.12 17:39

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus hər mərtəbəsi 90 kv.m olan birmərtəbəli dördotaqlı evin tüstü bacasının ətrafı  0,5 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus bağ sahəsinə yığılmış 15 kv.m sahədə taxta tullantıları və yaxınlıqda yerləşən vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan taxta sexinin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə yanıb. Sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.  
Gədəbəy şəhərində vətəndaşa məxsus ümumi sahəsi 8 kv.m olan dərzi köşkünün dam örtüyünun yanar konstruksiyaları 2 kv.m sahədə yanıb. Köşkun qalan hissəsi yanğından mühafizə olunub.
Masallı rayonu, Qızılağac kəndində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 36 kv.m sahədə və damına yığılmış 1 ton ot bağlamasının 500 kiloqramı yanıb. Tövlənin və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunub. 
URL / WWW
http://kelam.az/news/a-7334.html