Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Səfir Braziliya parlamentinin komissiya sədri ilə görüşüb
21.12.12 17:38

Azərbaycanın Braziliya Federativ Respublikasındakı səfiri Elnur Sultanov Braziliya parlamentinin deputatlar palatasının beynəlxalq əlaqələr və milli müdafiə komissiyasının sədri xanım Perpetua Almeyda ilə görüşüb. Səfir Elnur Sultanov Azərbaycan-Braziliya əlaqələrinin hazırkı durumu və perspektivləri barədə məlumat verərək, hər iki ölkənin parlamentləri arasında əməkdaşlığın təşviq edilməsinin əhəmiyyətini bildirib və parlamentarilərin qarşılıqlı səfərlərin təşkil edilməsini təklif edib.
Komissiyanın sədri xanım Perpetua Almeyda ikitərəfli əlaqələrin potensialını qeyd edərək, parlamentlərarası əməkdaşlıq sahəsində marağını ifadə etmiş və ikitərəfli görüşlərin təşkil edilməsinin zəruriliyini bildirib.
Səfir Elnur Sultanov xanım Perpetua Almeydaya Azərbaycanda həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlər, Azərbaycanın iştirakı ilə həyata keçirilən regional enerji, nəqliyyat, infrastruktur layihələr, habelə ölkəmizin mədəniyyətlər və dinlər arası dialoqunda oynadığı rol barədə ətraflı məlumat verib. E.Sultanov Braziliyalı rəsmiyə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən hazırlanmış və Səfirliyin portuqal dilində dərc etdirdiyi “Azərbaycan Avrasiyanın mərkəzində” başlığı altında nəşri təqdim edib.
URL / WWW
http://kelam.az/news/a-7333.html