Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Çexiyada Azərbaycan mədəniyyəti və tarixindən bəhs edən kitab çap olunub
21.12.12 17:37

Çexiyada Azərbaycana həsr olunmuş kitab çapdan çıxıb.  “Əbədi odlar yurdu” adlanan kitabın 1-ci cildi Milli Azərbaycan Tarixi Muzeyinin eksponatlarına həsr olunub.
Azərbaycan və Çexiya tədqiqatçılarının gərgin əməyinin nəticəsi olan kitab nəfis tərtibatda çex dilində çap olunub. Kitabın tərtibatında Azərbaycan tarix və incəsənətinin müxtəlif səhifələri Tarixi Muzeyinin eksponatlarına həsr olunmuş məqalələr vasitəsilə oxuculara təqdim olunur. Məqalələrdə Azərbaycanın tarixi və mədəniyyəti, Tarixi Muzeyinin fondları, Böyük İpək Yolunda vacib mövqe tutan Azərbaycanın tarixi- mədəniyyət abidələri, XVIII - XIX əsr Azərbaycan misgərliyi, XIX əsr zərgərlik məmulatları, Nizami Gəncəvinin poemalarının sujetlərini əks etdirən sənət əsərləri, orta əsr Azərbaycan sikkələri, XVIII- XIX əsr silahları barədə məlumat verilir.
Qeyd edək ki, layihəyə əsasən üç cilddə nəzərdə tutulan kitabın digər cildləri üzərində iş tamamlanıb, bu yaxınlarda Azərbaycanın xalçaçılıq ənənələrinə həsr olunmuş 2-ci cild təqdim olunacaq.
URL / WWW
http://kelam.az/news/a-7332.html