Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » ASAIF Pekində Azərbaycanı təmsil edib
20.12.12 18:38

Pekin şəhərində Rusiya Mədəniyyəti Mərkəzində "Pekin tələbə təşkilatlarının gələcək inkişafı" mövzusunda konfrans keçirilib. Konfransın əsas məqsədi Pekində təhsil alan əcnəbi tələbələr arasında əməkdaşlıq üçün geniş platforma yaratmaq olub. Konfransda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, tələbə təşkilatlarının təqdimatları olub.
Tədbirdə Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAIF) (Azərbaycan), Aknur (Qırğızıstan), Jas Kyran (Qazaxıstan), Thinking China (Rusiya), SSNG (MDB) kimi böyük tələbə təşkilatlarının nümayəndələri iştirak edib. 
ASAIF-in Çindəki nümayəndəsi Natiq Xəlilov tədbirdə ASAIF barəsində geniş məlumat verib və ASAIF-in Pekində fəaliyyət göstərən bütün aktiv tələbə təşkilatları ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb. 
URL / WWW
http://kelam.az/news/a-7328.html