Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Məmmədyarov GUAM-ın baş katibi ilə görüşüb
20.12.12 17:34

Xarici işlər naziri Elmar Məmmədyarov GUAM təşkilatının baş katibi Valeri Çeçelaşvili ilə görüşüb. Görüşdə Azərbaycan ilə GUAM arasında münasibətlərin hazırkı vəziyyəti, regionda və təşkilat çərçivəsində həyata keçirilən layihələr, həmçinin GUAM ilə digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər BMT Baş Assambleyasının GUAM ilə əməkdaşlıq barədə qəbul etdiyi qərarı və “GUAM ərazisində uzadılmış münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri” adlı qətnamə layihəsinə dair GUAM ilə BMT arasında razılığın əldə olunmasını müsbət qiymətləndiriblər.
Görüşdə Valeri Çeçelaşvili məlumat verib ki, rəhbərlik etdiyi təşkilatın layihəsi çərçivəsində 2013-cü il martın birinci yarısında Bakıda çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində üçgünlük beynəlxalq seminarın keçirilməsi planlaşdırılır. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin və ABŞ-ın maliyyə dəstəyi ilə keçiriləcək seminarda GUAM və Avropa İttifaqı ölkələrinin, ABŞ-ın, eləcə də Avropol, İnterpol və digər beynəlxalq və regional təşkilatların nümayəndənin iştirakı nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/news/a-7327.html