Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakı bərk məişət tullantılarının yandırılması zavodunun açılışı olub
19.12.12 20:01

Bu gün Prezident İlham Əliyev Bakı bərk məişət tullantılarının yandırılması zavodunun açılış mərasimində iştirak edib. Dövlət başçısı zavodun fəaliyyəti, tullantıların yandırılması prosesi və idarəetmə sistemi ilə tanış olub.
İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verib ki, bərk məişət tullantılarının yandırılması zavodu Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisədir. Zavodun layihələndirilməsi, tikintisi Fransanın “Cnim” şirkəti tərəfindən həyata keçirilib. Müəssisənin təməli 2009-cu il noyabrın 3-də Prezident İlham Əliyev tərəfindən qoyulub. 
Diqqətə çatdırılıb ki, zavodun illik emal gücü 500 min ton məişət tullantısı və 10 min ton tibbi tullantı təşkil edən zavod iki xətdən və elektrik enerjisi istehsal edən turbindən ibarətdir. Tullantıların yandırılması prosesi nəticəsində nativ enerji kimi əldə ediləcək elektrik enerjisinin miqdarı ildə 231,5 milyon kilovat/saat olacaq. Zavodun fəaliyyəti nəticəsində illik 60 milyon kubmetrdən artıq təbii qaz həcmində enerjiyə qənaət ediləcək. Əldə edilən elektrik enerjisi 100 min evin enerji ilə təmin olunmasına imkan yaradacaq.
Azərbaycan Prezidenti müəssisəni işə salıb. Sonra dövlətimizin başçısı məişət tullantılarının idarə olunması sahəsində görülmüş işlər barədə filmə baxıb.
Prezident İlham Əliyev mərasimdə çıxış edib. 
Sonra Fransanın “Cnim” şirkətinin idarə heyətinin sədri Nikola Dmitrieff çıxış edib. 
Azərbaycan Prezidenti müəssisədə yaradılmış şəraiti yüksək qiymətləndirib, kollektivə uğurlar arzulayıb.
URL / WWW
http://kelam.az/news/a-7322.html