Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Məzahir Süleymanzadə mükafatlandırılıb
19.12.12 19:24

Yazıçı-jurnalist Məzahir Süleymanzadə mükafatlandırılıb. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində tanınmış jurnalist, Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədr müavini, Bakı Futbol Federasiyasının vitse-prezidenti Məzahir Süleymanzadənin 60 illik yubileyi ilə bağlı mərasim keçirilib. 
Azərbaycan Mətbuat Şurası (MŞ) və “Dialoq Avrasiya Platformu”nun Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə M.Süleymanzadənin həyat və yaradıcılığından söhbət açılıb, onu istedadlı jurnalist, dəyərli publisist kimi xarakterizə edən cəhətlərə diqqət yetirilib. 
Tədbirdə iştirak edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Əməkdar mədəniyyət işçisi, bədən tərbiyəsi və idman xadimi Məzahir Süleymanzadənin imzasının oxuculara və ədəbi ictimaiyyətə yaxşı tanış olduğunu bildirib: “Mazahir müəllimin tərcümeyi-halına baxanda, sanki onun jurnalist kimi doğulduğunu düşünürsən. Onun XX əsrin sonlarında Azərbaycan tarixinin keşməkeşli anlarının dünyaya çatdırılmasında böyük xidmətləri olub”. 
“Dialoq Avrasiya Platformu”nun Azərbaycan nümayəndəliyinin rəhbəri Mustafa Saatçi də Məzahir Süleymanzadənin jurnalistika sahəsində gördüyü işlərin qiymətləndirilməsini vacib sayıb: “Məzahir müəllimin gördüyü bütün işlərə görə, onun mükafatlandırılmasını vacib saydıq”.
Qeyd edək ki, tədbirdə Məzahir Süleymanzadə Mətbuat Şurası və “Dialoq Avrasiya Platformu”nun birgə təsisçiliyi ilə hazırlanan “Həqiqətə xidmətlərinə görə” mükafatı ilə təltif olunub. Bundan başqa, ölkədə fəaliyyət göstərən bir sıra Hökumət və Qeyri-Hökumət Təşkilatları da yazıçı-jurnalisti öz mükafat və diplomları ilə təltif ediblər.
Xatırladaq ki, otuz ildən artıq bir müddətdə müxtəlif mətbuat orqanlarında, idman təşkilatlarında çalışan Məzahir Süleymanzadə peşəkar jurnalist kimi səmərəli fəaliyyət göstərən, mükəmməl yaradıcılığa malik, sayılıb-seçilən jurnalistlərdəndir. Onun yaradıcılığında toxunduğu mövzular müxtəlifdir. Məzahir Süleymanzadə sözə məsuliyyətlə yanaşmağı bacaran qələm sahibidir. Onu Azərbaycan mətbuatının inkişafında özünəməxsus xidmət sahibi edən isə uzun illər redaktor olduğu “Səhər” qəzetindəki fəaliyyəti olub. 20 Yanvar faciəsindən sonra yeganə olaraq “Səhər” qəzeti bütün qorxulardan, vahimələrdən, hər an ölümə tuş gələ biləcək məqamlardan sıyrılaraq Bakıda baş verənləri öz səhifələrində işıqlandıra bildi. Məhz “Səhər” günümüzün qanla büründüyünü, fotoşəkillərin, eləcə də jurnalist yazılarının hesabına tarixə yazdı. Əslində o günlər qəzet çap etmək, həqiqəti olduğu kimi yazmaq çox çətin və təhlükəli idi. Amma bu müşküllərin içində Məzahir Süleymanzadə kimi qeyrətli oğullar səhəri qanla örtülmüş Bakının vahiməli gecəsindən reportajlar hazırlayaraq xalqa çatdırdılar. Təkcə o dövrdəki fəaliyyətinə görə, Məzahir Süleymanzadəyə ömürlük bəs edəcək minnətdarlıq düşür.
URL / WWW
http://kelam.az/news/a-7320.html