Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Prezident zavod açılışında iştirak edib
19.12.12 19:17

Bu gün Prezident İlham Əliyev Balaxanıda bərk məişət tullantılarının çeşidlənməsi zavodunun açılışında iştirak edib. İqtisadi inkişaf naziri Şahin Mustafayev zavodun inzibati binasında yaradılmış şəraitlə tanış olan dövlətimizin başçısına tullantıların idarə edilməsi sahəsində görülmüş işlər barədə məlumat verib.
Sonra Azərbaycan Prezidenti zavodun idarəetmə otağında müəssisənin iş mexanizmi ilə tanış olub. Dövlətimizin başçısına zavodun fəaliyyəti və onun idarə edilməsi haqqında məlumat verilib. Bildirilib ki, məişət tullantılarının çeşidlənməsi və təkrar istehsalı biznesinin inkişaf etdirilməsi məqsədi ilə tikilən zavod ölkəmizdə bu sahədə ilk pilot layihədir. İllik istehsal gücü 200 min ton olan yeni zavodun səmərəli fəaliyyəti təbii sərvətlərə və enerjiyə qənaət etməyə, ətraf mühitə mənfi təsirin azaldılmasına imkan verəcək.
Dövlətimizin başçısı müəssisədə yaradılan şəraitdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib. 
URL / WWW
http://kelam.az/news/a-7319.html