Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Milli Qeyri-Hökumət Təşkilatları Forumunun VIII qurultayı keçirilir
19.12.12 17:32

Bu gün “Kempinski Badamdar” otelində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) VIII qurultayı işə başlayıb. Dövlət himninin səsləndirilməsindən sonra qurultayın işçi heyəti seçilib, gündəlik təsdiq edilib.
MQF-nin prezidenti Rauf Zeyninin hesabat məruzəsi dinlənilib. Təşkilatın ötən müddətdə fəaliyyətindən danışan R.Zeyni 1999-cu ildə yaradılan qurumun fəaliyyətinin uğurlu olduğunu bildirib. Qeyd edilib ki, hazırda sıralarında 601 üzvü birləşdirən Forumun 66 rayonda əlaqələndirmə, 5 rayonda isə resurs və təlim mərkəzləri fəaliyyət göstərir. Beynəlxalq arenada da fəaliyyətini genişləndirən MQF bir çox nüfuzlu təşkilatlarda uğurla təmsil olunur. 
Sonra qurumun İdarə Heyətinin sədri Aydın Kərimovun və nəzarət-təftiş komissiyasının sədri Ceyhun Hacıbəyovun hesabatları dinlənilib.
MQF-nin qurucularından olan Azay Quliyev çıxışında qurumun Azərbaycanın ictimai-siyasi həyatında və ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında özünəməxsus rol oynadığını vurğulayıb. Bildirilib ki, QHT-lərlə hökumət arasında körpü rolunu oynayan Forum QHT-lərin bilik və bacarıqlarının artırılmasında, onların fəaliyyətinin əlaqələndirilməsində mühüm vəzifə yerinə yetirir.
Qurultayda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, QHT-lərin, KİV-lərin rəhbərləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak edirlər.
URL / WWW
http://kelam.az/news/a-7315.html