Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Gəmidə yanğın baş verib
18.12.12 19:56

Xətai rayonunda neft şirkətinə məxsus sökülməkdə olan gəmidə qaynaq işləri aparılan zaman yanğın baş verib. Bu barədə məlumatı  Fövqəladə Hallar Nazirliyindən veriblər. 
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. İlkin məlumata görə, yanğın nəticəsində mühərrik otağında mühərrik və yağ qalıqları 20 kv.m sahədə yanıb. Ölən və xəsarət alan olmayıb. 
Yanğın saat 13:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır. 
URL / WWW
http://kelam.az/news/a-7314.html