Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Freedom House” təşkilatına etiraz
18.12.12 17:27

Xarici Ölkələrdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu “Freedom House” təşkilatının hesabatı ilə bağlı Bəyanat verib. 
 Bəyanatda hər zaman ayrı-ayrı qrupların sifarişi ilə fəaliyyət göstərən mənbələrin verdiyi məlumatlar əsasında hazırlanan “Freedom House”-un bu dəfəki hesabatının da digərlərindən fərqlənmədiyi bildirilir: “Son dövrlərdə Azərbaycanın beynəlxalq səviyyədə humanitar forumlara, mədəniyyət və idman yarışlarına ev sahibliyi etməsi ölkəmizi sevməyənləri qıcıqlandırır və onlar bu kimi yalan məlumatlar ötürməklə həmin hesabatları hazırlayan təşkilatların, o cümlədən “Freedom House”-un da obyektivliyini şübhə altına salırlar. Bu təşkilatın hesabatlarında Azərbaycanda baş vermiş müxtəlif hadisələr şişirdilir və guya Azərbaycanda insan haqlarının pozulmasını təsdiq edən “faktlar” kimi təqdim olunur. Hesabatda ən çox ziddiyyət  doğuran məqamlardan biri də Azərbaycanın “qeyri-azad”,  Ermənistanın isə “qismən azad” ölkə kimi göstərilməsidir. Görünür, bu gün insan azadlıq və hüquqlarının pozulması və məhz bu səbəbdən get-gedə daha çox insanın Ermənistandan getməsi faktı hesabatı hazırlayanların nəzərindən qaçmışdır. Buna cavab olaraq, biz “Freedom House”-u Azərbaycanın qaçqın və məcburi köçkün vətəndaşlarının düşdüyü duruma nəzər salmağa və insanların yaşamaq hüquqlarını pozan bir ölkəni “qismən azad” göstərməsinə yenidən baxmağa dəvət edirik”. 
URL / WWW
http://kelam.az/news/a-7312.html