Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Sovqatdan narkotik aşkarlanıb
18.12.12 17:26

Penitensiar Xidmətin və 7 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb. 
Məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1979-cu il təvəllüdlü məhkum Əli Bəşirova həyat yoldaşı, Astara rayon sakini Bahar Məmmədovanın gətirdiyi sovqata baxış keçirilib. 
Baxış zaman orada olan “Üç inək” pendirinin içərisindən ağ sellofana bükülmüş ümumi xalis çəkisi 2,7 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.
Əli Bəşirov Cinayət Məcəlləsinin 177.2.4; 206.4; 234.4.1; 234.4.3; 66.3-cü maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. Fakt üzrə araşdırma aparılır.
URL / WWW
http://kelam.az/news/a-7311.html