Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Qanunvericiliyinin tələblərini pozmuş 529 əcnəbi aşkar edilib
17.12.12 20:56

Dövlət Miqrasiya Xidməti Bakı şəhərində, həmçinin Biləsuvar, Masallı, Lerik, Astara və İmişlidə qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirib.Keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində 529 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Gürcüstan, Türkiyə və Rusiya vətəndaşları saxlanılanlar arasında üstünlük təşkil edib. Həmin şəxslərdən 468 nəfəri İnzibati Xətalar Məcəlləsinin 339.1.1-ci maddəsi (Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşamasına), 42 nəfəri 339.1.2-ci maddəsi (etibarsız sənədlərlə Azərbaycan Respublikasının ərazisində olmasına və ya yaşamasına), 3 nəfəri isə 339.1.4-cü maddəsi (işə düzələrkən qanunvericilikdə müəyyən edilmiş qaydaları pozmasına) ilə Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğində cərimə ediliblər. Qeyd edək ki, işəgötürənin ölkə qanunvericiliyinin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə DMX-nin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən bir sıra sahibkarlıq subyektlərində də yoxlamalar aparılıb. Nəticədə 5 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması halları aşkar edilərək müvafiq sənədlər tərtib olunub.
URL / WWW
http://kelam.az/news/a-7303.html