Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycan və Ermənistan KİV nümayəndələri Moskvada görüşüblər
29.10.09 20:28

Moskvada Azərbaycan və Ermənistan KİV nümayəndələri bir araya gəlib. KƏLAMİNFO xəbər verir ki, mərasimdə Rusiyanı beynəlxalq mədəni əməkdaşlıq üzrə Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdko, Azərbaycan tərəfini ölkənin Rusiyadakı səfiri Polad Bülbüloğlu və erməni tərəfini isə Ermənistanın Rusiaydakı səfiri Armen Smbatyan təmsil edib. Mətbu orqanlardan isə Rusiya tərəfdən “Komsomolğskaə pravda”, “Kommersant”, “Trud” qəzetlərinin, “Oqonek” jurnalının, “Russia Today” telekanalının əməkdaşları və İTAR TASS İnformasiya Agentliyinin direktor əvəzedicisi Mixail Qusman iştirak edib. Görüşdə ölkəmizi “Day.Az” İnformasiya Portalının direktoru İlqar Hüseynov, “1news” Agentliyinin rəhbəri Rəhman Hacıyev, “News.az” portalının başçısı Elnur Baimov və “Novaya vremya” qəzetinin baş redaktoru Şakir Qabiloğlu təmsil edib. Ermənistandan isə görüşə “Aravot” qəzetinin, “Armenpress” İnformasiya Agentliyinin, “Erkir” telekanalının rəhbərliyi qatılıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllində KİV-in rolu və mövqeyi haqqında müzakirələr aparılıb.
URL / WWW
http://kelam.az/news/a-73.html