Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Asim Mollazadə ABŞ-da bir sıra görüşlər keçirib
07.12.12 15:02

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ səfəri zamanı bir sıra senator və konqresmenlərlə görüşüb. DİP-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, A.Mollazadə senatorlar Pat Tumile və Kelli Ayottla görüşüb. Görüşdə ABŞ-Azərbaycan münasibətləri, regionda vəziyyət, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu, Ermənistanın təcavüzü, regiondakı inkişafa və sülhyaratma prosesinə törədilən maneələr müzakirə edilib. A.Mollazadə həmçinin konqresmenlər Pit Sesion, Co Uilson və Denni Rehberglə görüşüb. Görüşdə ABŞ-Azərbaycan münasibətləri, regiondakı vəziyyət, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və terrorizmlə mübarizədə rolu, Ermənistanın təcavüzü, regiondakı münaqişələrin həlli yolları müzakirə edilib.Millət vəkili Vaşinqtonda keçirilən Azərbaycan Parlamenti günündə də iştirak edib. Çox sayda ABŞ senatorları və konqresmenlərin qatıldığı tədbir ABŞ-Azərbaycan dostluğu gecəsinə çevrilib. Gecədə millət vəkili senator və konqresmenlərə ABŞ-Azərbaycan münasibətləri, ölkəmizdəki və regiondakı proseslər, Ermənistanın təcavüzü ilə bağlı məlumat verib. O, Vaşinqtonda həmçinin ARDNŞ-in vitse-prezidenti Xaliq Məmmədovla birlikdə “Turkuaz”ın (Turquoise Council of Americans and Eurasians) prezidenti Kamal Öksüzlə görüşüb. Görüşdə Azərbaycanın enerji ilə bağlı layihələri, regiondakı proseslər müzakirə olunub.
URL / WWW
http://kelam.az/news/a-7285.html