Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Əli Əhmədov İran səfirini qəbul edib
06.12.12 15:34

Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bu gün İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Muhsen Pakain ilə partiyanın mənzil qərargahında görüşüb. Partiyanın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğu Azərbaycanda diplomatik fəaliyyətə başlamasından qürur duyduğunu nəzərə çatdıran səfir Muhsen Pakain ölkələrimiz arasında əlaqələrin bundan sonra da dinamik inkişaf edəcəyinə əminliyini ifadə edib. Ölkələrimiz arasında əlaqələrin inkişaf dinamikasının məmnunluq doğurduğunu qeyd edən YAP sədrinin müavini Əli Əhmədov ölkələrarası əlaqələrin daha da inkişaf etdirilməsini nəzərdə tutan təkliflərin və təşəbbüslərin bundan sonra da dəstəklənəcəyinə və reallaşacağına tam əminliyini qeyd edib. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/news/a-7282.html