Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » İranın vitse-prezidenti Rusiyaya səfər edəcək
05.12.12 18:42

İranın vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Məhəmməd Cavad Məhəmmədizadə Xəzər dənizi ilə bağlı keçiriləcək konfransda iştirak etmək üçün Rusiyaya səfər edəcək. İRNA-nın istinadən məlumatına görə, konfransda Xəzərin ətraf mühitinin mühafizəsi üzrə çərçivə konvensiyasına (Tehran Konvensiyası) qoşulan dövlətlər iştirak edəcək. Dekabrın 10-da başlayacaq tədbir 2 gün davam edəcək. Qeyd edək ki, Xəzərin ekologiyasına və mühafizəsinə həsr olunan Tehran Konvensiyası 5 Xəzəryanı dövlət (Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan) tərəfindən 2003-cü ilin noyabrın 4-də Tehranda imzalanıb, 2006-cı ilin avqustunda qüvvəyə minib.
URL / WWW
http://kelam.az/news/a-7280.html