Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » ADU-da daha bir mərkəz açıla bilər
05.12.12 18:42

Dekabrın 5-i Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının həmsədri, Macarıstanın xarici və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Macarıstanla Azərbaycan arasındakı əlaqələrin vacibliyindən söz açan rektor S.Seyidov ADU haqqında onlara məlumat verib. O, universitetdə 15 dilin tədris olunduğunu diqqətə çatdırıb. Milli Məclisin deputatı parlament səviyyəsində əlaqələrin inkişaf etdiyini də vurğulayıb və Azərbaycan-Macarıstan Parlament Dostluq qrupunun fəaliyyətindən danışıb.O, Azərbaycanla Macarıstan arasında təhsil sahəsində əlaqələrin iqtisadi münasibətlərə müsbət təsirinin olduğunu deyib. Rektor universitetdə Macarıstan mərkəzinin açılmasında maraqlı olduğunu qeyd edib. Peter Siyarton Macarıstanla Azərbaycan arasındakı əlaqələrin inkişaf etdiyini, xüsusən iqtisadi-siyasi münasibətlərin əməkdaşlığa təkan verdiyini deyib. Bununla yanaşı, mədəni və təhsil sahəsində əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini də istisna etməyib. Qonaq enerji sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildirib. P.Siyarton Macarıstan universitetləri ilə ADU arasında müəllim-tələbə mübadiləsinin mümkünlüyündən danışıb. Görüşdə, həmçinin ADU-da Macar mərkəzinin açılması, bu ali təhsil ocağında macar dilinin tədrisi ilə bağlı fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/news/a-7279.html