Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilir
03.12.12 19:47

Bu gün Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, BMT İnkişaf Proqramı, PwC Azərbaycan şirkəti və Azərbaycan Gənclər Fondunun birgə təşkil etdiyi “Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın iqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid Axundov, BMT İnkişaf Proqramının Azərbaycanda Rezident nümayəndəsi Antonius Bruk, PwC şirkətinin Baş Qlobal Məsləhətçisi Yan Sturesson, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, nəqliyyat nazirinin müavini Musa Pənahov, Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Larisa Leşenko, Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Olli Noroyono, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov iştirak edir. Konfransda Azərbaycan iqtisadiyyatının uğurlarının əks etdirən video-rolik nümayiş etdirilib. Konfransda müxtəlif mövzularda məruzələr dinləniləcək.
URL / WWW
http://kelam.az/news/a-7269.html