Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ramiz Mehdiyev: Azərbaycan liberal prinsiplərə əsaslanan özünün iqtisadi modelini yaradıb
03.12.12 19:47

20 il ərzində Azərbaycan siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirərək, dövlətçiliyini inkişaf etdirib, demokratik dəyərlərə yiyələnib və liberal prinsiplərə əsaslanan özünün iqtisadi modelini yaradıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə “Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfransında açılış çıxışında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib. O qeyd edib ki, bu müddət ərzində yoxsulluğun azaldılması və əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində ciddi uğurlar qazanılıb: “Əslində? Azərbaycan dövlətçiliyinin uğurları onun əsasını qoyan ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplərin həyata keçirilməsi ilə mümkün olub. Ulu öndər Heydər Əliyevin siyasi kursu təkcə Azərbaycan Respublikasının deyil, bütünlükdə regionun gələcək inkişaf perspektivini, onun dünyaya siyasi və iqtisadi inteqrasiyasına yardım göstərib”.R.Mehdiyev vurğulayıb ki, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan qarşısında yeni perspektivlər açıb, Bakı-Tbilisi-Ceyhan neft ixracı kəməri, Bakı-Tbilisi-Ərzurum qaz ixracı kəməri və digər əhəmiyyətli layihələrin həyata keçirilməsinə imkan verib: “Bu regional təşəbbüslər yenicə müstəqillik qazanmış region dövlətlərinin möhkəmlənməsinə real məzmun verib. Məhz qlobal və regional xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilən siyasət nəticəsində siyasi müstəqilliyin iqtisadi bazisi formalaşdı”. R.Mehdiyev qeyd edib ki, ilk növbədə Azərbaycan enerji və ərzaq təhlükəsizliyi problemlərini həll etməklə, bütövlükdə iqtisadi müstəqilliyinin inkişafına dönməz xarakter verib. Dünyada ən sürətli iqtisadi inkişaf dinamikası Azərbaycanın həm regional, həm də qlobal miqyasda nüfuzunun artmasına və onun yeni geoiqtisadi oyunçuya çevrilməsinə şərait yaradıb. Azərbaycan öz sərvətləri, iqtisadi resursları və əlverişli coğrafi mövqeyinin yaratdığı imkanlardan bəhrələnib iqtisadi potensialını inkişaf etdirməklə yanaşı, regional əməkdaşlığın güclənməsinə təkan verib. Beləliklə, Azərbaycan bütün dünyaya nümunə ola biləcək yeni geoiqtisadi regional güc mərkəzi modelini yaradıb. R.Mehdiyev xatırladıb ki, Dünya İqtisadi Forumunun dərc etdiyi “Qlobal rəqabətədavamlılıq hesabatında” Azərbaycan dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutmaqla, MDB-də ən rəqabətədavamlı iqtisadiyyata malik olduğunu sübut edib. R.Mehdiyev qeyd edib ki, 20 il əvvəl Azərbaycanla eyni səviyyədə qərarlaşan postsovet ölkələri indi iqtisadi inkişaf səviyyəsinə görə respublikamızla rəqabətdə çətinlik çəkirlər: “Azərbaycanın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi diversifikasiyanın nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Bəzən ölkəmiz dünya iqtisadiyyatında yeni təmayülləri hətta Avropa ölkələrini qabaqlamaqla mənimsəyir. Məsələn, Azərbaycan resursla zəngin olan ölkələr sırasında enerji səmərəliliyi sahəsində ən yüksək nailiyyət qazanıb və Şərqi Avropada “yaşıl iqtisadiyyat”ın tədqiqini aparan ilk ölkə olub”. Prezident Administrasiyasının rəhbəri vurğulayıb ki, dinamik sosial-iqtisadi inkişafı, sosial rifahın yaxşılaşmasını və şaxələndirmə siyasətinin uğurlarını nəzərə alaraq beynəlxalq reytinq agentlikləri Azərbaycanın reytinqini investisiya səviyyəsində saxlamaqla ölkədə aparılan davamlı islahatlara məntiqi qiymət veriblər: “Hazırda Azərbaycan kredit reytinqinin səviyyəsinə görə MDB məkanında ən irəlidə gedən ölkələrdən biridir”. R.Mehdiyev qeyd edib ki, prezident İlham Əliyevin siyasəti nəticəsində 2003-2011-ci illərdə ümumdaxili məhsulun (ÜDM) orta illik artım tempi 14,2 faiz, qeyri-neft sektorunda isə 10,7 faiz olub. 2003-2011-ci illərdə ölkənin strateji valyuta ehtiyatları 25,3 dəfə, dövlət büdcəsi 16,6 dəfə, bank aktivlərinin həcmi 10,4 dəfə, nominal əmək haqqı 5,9 dəfə, nominal orta aylıq pensiya 6,1 dəfə artıb, yoxsulluğun səviyyəsi 44,7 faizdən 7,6 faizə enib: “Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatının şaxələnməsi və sosial rifah sahəsində mühüm nailiyyətlər əldə edib. Beləliklə, Azərbaycan keçid dövrünü başa vuraraq qlobal və regional çağırışlar fonunda kəmiyyət və keyfiyyət etibarı ilə yeni dövrün astanasındadır”.
URL / WWW
http://kelam.az/news/a-7266.html