Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ramiz Mehdiyev yeni təyinatlardan danışdı
03.12.12 19:47

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev rəhbərlik etdiyi struktura bir neçə şəxsin müavin təyin olunması məsələsinə münasibət bildirib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən R.Mehdiyev deyib ki, bu qərar ilk növbədə Administrasiyadakı işin həcminin böyük olması ilə bağlıdır: “Administrasiyada işin həcmi çox böyükdür. Bu qərar digər tərəfdən şöbə müdirlərinin statusu və səlahiyyətlərinin artırılmasıdır. Burada heç bir başqa fikir ortada yoxdur. Sadəcə, işin çoxluğu və vəzifələrin artırılmasıdır”. R.Mehdiyev qeyd edib ki, müavin təyin olunan şəxslər əvvəlki vəzifələrində də qalıblar.
URL / WWW
http://kelam.az/news/a-7265.html