Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » TQDK vergi orqanlarına imtahan verənlərin nəticəsini açıqladı
03.12.12 19:47

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Vergilər Nazirliyi ilə birgə dekabrın 2-də vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün keçirilən test imtahanının nəticələrini açıqlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”a TQDK-nın mətbuat xidmətindən veriblər. İmtahan saat 11:00-da başlamış və 4 binada - Bakı Dövlət Universitetinin 1-ci, 2-ci və yeni tədris korpusu və Azərbaycan Texniki Universitetinin 5-ci korpusunda baş tutub. İmtahanda iştirakı nəzərdə tutulan 2138 nəfər namizəddən 421 nəfəri imtahanda iştirak etməyib, 1 nəfər isə imtahan qaydaların pozduğu üçün (mobil telefon keçirməyə cəhd) imtahandan uzaqlaşdırılıb. İmtahanda iştirak edən 1716 nəfər namizəddən 541 nəfər müsabiqə şərtini ödəyərək ikinci mərhələyə keçib. İmtahanda ən yüksək nəticə 96 bal olub.
URL / WWW
http://kelam.az/news/a-7264.html