Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » ABŞ-da yeni kəşfiyyat qurumu yaradılacaq
03.12.12 19:47

“Vaşinqton Post” qəzetinin dərc etdiyi xəbərdə deyilir ki, ABŞ Müdafiə Nazirliyi Mərkəzi Kəşfiyyat İdarəsinin casus şəbəkəsindən daha böyük biri şəbəkə yaratmaq kimi “iddialı” planı var. “KƏLAMİNFO” xəbər verir ki, qəzet yazır ki, layihənin məqsədi baş verə biləcək təhlükələrə yönələcək casus xidməti yaratmaqdır. Xəbərdə qurumun MKİ və elit hərbi birləşmələrlə daha da sıx əməkdaşlıq edəcəyi bildirilib. Qəzet Müdafiə Kəşfiyyatı İdarəsinin böyüyərək dünya üzrə 1600 kəşfiyyat “kollektorlarının” cəlb olunacağının gözlənildiyini yazır. İdarənin xaricdəki əməkdaşlarının ümumi sayının son zamanlar üç rəqəmli ədədə qədər artaraq “görünməmiş” həddə çatdığı bildirilir. Qəzet ABŞ rəsmilərinə istinadən gizli əməliyyatçı nəslinin yetişdirilməsinə beş il vaxt sərf olunacağını bildirib. Kəşfiyyat agentlərinin Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazırlanacağı, lakin kəşfiyyat xarakterli tapşırıqları Müdafiə Nazirliyindən alacağı qeyd olunub.
URL / WWW
http://kelam.az/news/a-7262.html