Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Prezident səfirin etimadnaməsini qəbul edib
30.11.12 15:05

Bu gün Prezident İlham Əliyev Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Damir Dzankonun etimadnaməsini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, diplomat fəxri qarovul dəstəsinin qarşısından keçib. Səfir Damir Dzanko etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin Azərbaycana uğurlu səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı səfər zamanı ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı mühüm məsələlərin müzakirə edildiyini qeyd edib. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən enerji, nəqliyyat, infrastruktur, sərmayə qoyuluşu, turizm və digər sahələrdə genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirdi. Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb. Səfir Damir Dzanko Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin salamlarını dövlət başçısına çatdırıb. O, Azərbaycan ilə Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlərin inkişafında ölkəsinin dövlət başçısının Azərbaycana tarixi səfərinin əhəmiyyətini vurğuladı. Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirən Damir Dzanko Azərbaycandakı diplomatik fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcəyini deyib. Dövlət başçısı Bakir İzetbeqoviçin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə çatdırmağı xahiş edib.
URL / WWW
http://kelam.az/news/a-7255.html