Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Hadı Rəcəbli: “Qanun layihəsində yer alan bəzi məqamlar İslam dini ilə ziddiyyət təşkil edir”
30.11.12 15:05

“Reproduktiv sağlamlığın qorunması haqqında” qanunda süni mayalanma ilə bağlı məsələlər İran və Türkiyədə keçirilən əməliyyatlar kimi olacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. O qeyd edib ki, hazırda ümumilikdə, dünyada tətbiq edilən təcrübəni Azərbaycana gətirmək gündəmdədir: “Yəni özümüzdən Amerika kəşf etmirik, bu, dünyada var”. O, “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində yer alan bəzi məqamların İslam dini ilə ziddiyyət təşkil edə biləcəyini etiraf edib: “İslamda belədir ki, qətiyyən başqasının mayasından istifadə etmək olmaz. İran bunu siğə ilə edir. Bir adamın mayasını yalnız bir adama verməyə icazə var. Onlar deyir ki, bir adamın mayası ilə çox adam mayalansa, qardaşın bacını mayalandırmasına təsadüf etmək olar. Bizdə də mayalandırma ilə bağlı dəqiq uçot olacaq”.
URL / WWW
http://kelam.az/news/a-7254.html