Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ərdoğan: Suriyanın açarı Rusiyanın əlindədır
30.11.12 15:05

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan İspaniyadan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. “KƏLAMİNFO” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan İspaniya nümunəsini gətirərək “PKK silahla təzyiq göstərməsə, BDP səs ala bilməz, elektoratı yoxdur” deyib. Baş nazir BDP-yə “Siyasəti terrorizə edərsən, qarşını kəsərlər” - deyə mesaj göndərib və İspaniyada siyasətlə terroru qarışdıranların siyasətdən uzaqlaşdırıldığını söyləyib. Baş nazir PKK-dan tələblərinin silahların susması deyil, atılması olduğunu deyib: “Silahlar atılmalıdır. Susmaq deyə bir şey olmaz. Kandildə durursa, dursun. Bizim addımlarımız eyni şəkildə davam edər”. Baş nazir Suriya ilə bağlı sualın cavabında hazırda açarın Rusiyanın əlində olduğunu deyib və Putinin dekabrın 3-də Türkiyəyə səfər edəcəyini xatırladıb. Ərdoğan İraq hökumətinin ölkənin şimalındakı gərginliklə bağlı Türkiyəni ittiham etməsinə də münasibət bildirib: “Bunlar xəyaldır. Bizim işimiz-gücümüz yoxdurmu ki, İraqın daxili işləriylə məşğul olaq?”
URL / WWW
http://kelam.az/news/a-7252.html