Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməyincə, onlarla əlaqələrdən söhbət gedə bilməz”
28.11.12 15:04

Bu gün Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının tərkibində fəaliyyət göstərən “Qadın jurnalistlər klubu”nun təşkilatçılığı ilə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin genel başqanı Dr. Akkan Suver və Vəqfin İdarə Heyətinin üzvü Dr. Fatih Saracoğlu ilə jurnalistlərin görüşü olub. “KƏLAMİNFO”nun məlumatına görə, görüşdə A.Suver və F.Saracoğlu Azərbaycana səfərlərinin məqsədi, Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının (QDİƏTPM BA) 40-cı plenar iclasındakı və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələri Qeyri-Hökumət Təşkilatlarının I Forumunda iştiraklarından bəhs ediblər. Qonaqlar həmçinin Türkiyə-Azərbaycan əlaqələri, birgə fəaliyyətin genişləndirilməsinin əhəmiyyəti, Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinə olan tolerant münasibətlər, Ermənistanın Azərbaycana təcavüzü, onların Türkiyəyə olan qondarma iddiaları, erməni, yəhudi və yunan lobbilərinin müxtəlif ölkələrdəki fəaliyyətləri, onların başqa ölkələrin siyasətinə təsiri və digər məsələlərdən bəhs ediblər. Bildirilib ki, Azərbaycan və Türkiyəyə olan iddiaların ifşa edilməsi üçün birgə və dayanıqlı səy göstərilməlidir. Dünyada neqativ halların genişlənməməsi üçün mədəniyyətlərarası və dinlərarası dialoqun genişləndirilməsinin əhəmiyyətini vurğulayan qonaqlar bildiriblər ki, bununla yanaşı, dindarlar arasındakı münasibətlər də tolerantlıq şəraitində olmalıdır. O da əlavə edilib ki, dünyada 3 kiçik millət var. Bunlar yəhudi, yunan və erməni millətləridir. Dünyada 3 milyondan artıq erməni, 15 milyon yunan və 18 milyon isə yəhudi mövcuddur. Həmin millətlərin kiçik olmasına baxmayaraq böyük lobbiləri var. Bu lobbilər fəaliyyət göstərdikləri ölkələrin siyasətinə ciddi təsir gücünə malikdirlər və böyük söz sahibidirlər. Qeyd olunub ki, təkcə Fransada 300 min erməni, 315 min isə türk var. Ancaq buna baxmayaraq həmin ölkədəki ermənilər böyük rola malikdirlər. Dünyada 3 müsəlman, 187 yəhudi Nobel mükafatçısı var. Qonaqlar hesab edir ki, bu müqayisələrlə bağlı təhlillər aparılmalı, ondan nəticə çıxarılmalı, hansı addımların yanlış atıldığı və harada boşluqların olduğu ortaya çıxarılmalı, nəticə etibarilə müvafiq iş aparılmalıdır. Türkiyədə bəzən Ermənistanla əlaqələrin bərpa edilməsi ilə bağlı yayılan məlumatlara gəlincə, qonaqlar deyib ki, ölkələrində 75 milyon əhali var. Onların içərisində bir neçə xainin olması istisna deyil. Qonaqlar belələrini neqativ insanlar adlandırır. Bir daha dilə gətirilib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməyincə, onlarla əlaqələrdən söhbət gedə bilməz və bu, Türkiyə hökumətinin də birmənalı şərtidir. Həmçinin bildirilib ki, Türkiyədə leqal yaşayan 20 min erməni var, qeyri-leqal yaşayan və işləmək üçün gələnlərin sayı isə 70 mindir. Türkiyə hökuməti leqal yaşayanlara diqqət göstərir, qeyri-leqal yaşayanlara isə toxunmur və göz yumur. Buna baxmayaraq, onların hər hansı cinayətkarlıqla məşğul olduqları üzə çıxarsa onlara qaşı sərt addımlar atılır. Görüşdə qondarma erməni soyqırımı və Xocalı soyqırımı məsələsinə də toxunublar. Dünyada haqsızlıqların, ikili standartların hökm sürdüyünü xatırladan qonaqlar deyiblər ki, 20 il əvvəl dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımına siyasi və hüquqi qiymət vermədən bəzi ölkələr, ermənilərin ortaya atdığı şantaj xarakterli qondarma iddialarını sürətlə yaymağa çalışırlar. Qeyd olunub ki, Türkiyə güclü dövlətdir və belə şantajlar bu ölkəyə hansısa şəkildə təsir edə bilməz. Qonaqlar İran-Ermənistan münasibətlərindən də danışıblar və bildirilib ki, İran qonşusuna dəstəyini əsirgəmir. O da açıqlanıb ki, hazırda Ermənistanda 4 min iranlı təhsil alır. Sonda bildirilib ki, bütün haqsızlıq, ikili standartlara baxmayaraq, Azərbaycan və Türkiyə, eləcə də türk milləti bir yerdə olmalıdırlar.
URL / WWW
http://kelam.az/news/a-7248.html