Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » QDİƏT-in fəaliyyətinin effektivliyini artırmaq üçün 17 prioritet müəyyən edilib
27.11.12 19:40

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) fəaliyyətinin effektivliyini artırmaq üçün 17 prioritet müəyyən edilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının (QDİƏT PM BA) 40-cı iclasında QDİƏT-in baş katibi Viktor Çvirkun bildirib. O, təcili olaraq kommunikasiya strategiyasının hazırlanmasının vacibliyini qeyd edib. Təşkilatın İstanbul sammitinin əhəmiyyətindən danışan baş katib bildirib ki, sammitin yekun olaraq bəyannamə qəbul edilib və burada üzv dövlətlər üzərlərinə ciddi öhdəliklər götürüb: “Bu öhdəliklərə əsasən region ölkələri arasında ticarət dövriyyəsinin artırılması üçün davamlı inkişaf strategiyasının hazırlanması, ekoloji problemlərin həlli, gender bərabərliyi, birgə nəqliyyat infrastruktur layihələrinin həyata keçirilməsi, təhsil, gənclər sahəsində investisiyaların yatırılması və digər məsələlər öz əksini tapıb”. V.Çvirkun onu da əlavə edib ki, hazırda təşkilata sədrlik edən Türkiyə qurumun regional əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan fəaliyyət planı hazırlayıb: “Bu plana əsasən regionun davamlı inkişafı nəqliyyat, təhsil, kommunikasiya, İKT, elm, texnologiya və digər məsələlər öz əksini tapıb ki, bu da regional əməkdaşlığın inkişafına öz töhfəsini verəcək”.
URL / WWW
http://kelam.az/news/a-7244.html