Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » ADU-da beynəlxalq elmi konfrans keçirilir
27.11.12 19:40

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İ.Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Məlumatı “KƏLAMİNFO”ya ADU-nun mətbuat xidmətindən veriblər. ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov konfransın əhəmiyyətini qeyd edib. Rəhbərlik etdiyi universitetin Azərbaycanın təhsil sistemində özünəməxsus yer tutduğunu vurğulayan rektor burada gedən prosesləri yeni ideyaları inkişaf etdirmək, elmdə mütərəqqi fikirləri üzə çıxarmaq baxımından yüksək qiymətləndirib. S.Seyidov dilçilik məsələlərinə xüsusi diqqət yetirilməli və bu sahədə geniş araşdırmaların aparılmasına ehtiyac olduğunu vurğulayıb. Təhsil Nazirliyinin elm şöbəsinin müdiri Gültəkin Hüseynova ADU-nun yüksək templə inkişaf etdiyini və universitetin Azərbaycanın aparıcı təhsil ocaqlarından biri olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Gürcüstan Texniki Universitetinin professoru Tatyana Meqrelişvili konfransın dilçiliyin problemlərinin araşdırılmasına öz töhfəsini verəcəyinə ümid etdiyini bildirib. Dilçilik İnstitutunun direktor əvəzi, professor Fəxrəddin Veysəlli “Tətbiqi dilçilik: dünən, bu gün və sabah”, Gürcüstan Texniki Universitetindən akademik Boris İmnadze “Xarici dillərin öyrənilməsində müasir intensiv metodların elmi əsasları” mövzularında məruzələrlə çıxış ediblər. Məruzəçilər tətbiqi dilçiliyin inkişaf tarixindən, mövcud problemlərdən və həlli yollarından danışdılar. Bölmələrdə öz işini davam etdirən konfrans noyabrın 28-də hesabatlar və yekun sənədin qəbul edilməsi ilə başa çatacaq.
URL / WWW
http://kelam.az/news/a-7241.html