Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycan və Türkiyə axtarış və xilasetmə xidmətlərini əlaqələndirir
23.11.12 20:33

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan hökuməti və Türkiyə hökuməti arasında axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi haqqında” Saziş ratifikasiya üçün müzakirəyə çıxarılıb. “KƏLAMİNFO” xəbər verir ki, sənəd barədə komitə sədri Ziyafət Əsgərov məlumat verib. O bildirib ki, sazişdə qeyd olunur ki, sənəd 5 illik müddətə imzalanır və bu müddətin bitməsinə 6 ay qalmış tərəflərdən hansınınsa narazılığı olmadığı təqdirdə daha 5 il müddətinə uzadılır: “Saziş Türkiyə və Azərbaycan arasında münasibətlərin hüquqi müstəvidə bir daha möhkəmlənməsinə səbəb olacaq”. Z.Əsgərov qeyd edib ki, sənəd iki ölkə tək xilasetmə və axtarış tədbirləri deyil, eyni zamanda fors-major hallarda qarşılıqlı yardımların göstərilməsini də əhatə edir. Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə iclasda qeyd edib ki, bu sazişin müddəalarının həyata keçirilməsi ilə Azərbaycan və Türkiyə münasibətləri daha da yeni səviyyəyə qalxacaq. “Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycan Fövqəladə Hallar Nazirliyi xilasetmə işlərində fəal iştirak etdi. Artıq bu işlər əlaqələndirilmiş halda həyata keçiriləcək”. Deputat bildirib ki, saziş bütün sahələri əhatə edir və müxtəlif növ xilasetmə xidmətlərinin əlaqələndirilməsini nəzərdə tutur. Saziş axtarış və xilasetmə dəstələrinə digər tərəfin avadanlıqlarından istifadə etməsinə icazə verir. Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.
URL / WWW
http://kelam.az/news/a-7230.html