Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Milli QHT Forumu hesabat verdi
16.02.10 20:12

Bu gün Milli QHT Forumu 2009-cu ildəki fəaliyyətinə dair hesabat xarakterli Dəyirmi masa keçirib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Milli QHT Forumunun sədri Rauf Zeyni bildirib ki, 2009-cu il qrumun tarixində əlamətdar hadisələrlə yadda qalıb. Ötən il QHT nümayəndələrinin iştirakı ilə 5 geniş miqyaslı toplantı keçirildiyini diqqətə çatdıran R.Zeyninin sözlərinə görə, toplantıda 500-ə yaxın QHT rəhbərləri, hökumət və Milli Məclisin üzvüləri, elcədə tanınmış beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. O, ötən il Milli QHT Forumunun vətəndaş cəmiyyəti quruculuğuna həsr olunumuş kitabının da nəşr olunduğunu söyləyib. Milli QHT Forumunun ölkənin aparıcı informasiya vasitələri, qazet və televiziyalarla yaxından əməkdaşlıq etdiyini bildirən R.Zeyni ümumilikdə QHT sektorunun problemlərinin müzakirəsində və QHT-lərin müdafiə imkanlarının güclənməsində mühüm işlərin görüldüyünü vurğulayıb. Onun sözlərinə görə, 2009-cu ildə Forumun 3 aylıq toplantısı keçirilib. R.Zeyni Milli QHT Forumunun fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində işin davam etdiriləcəyini qeyd edib. R.Zeyni Milli QHT Forumunda 536 təşkilatın təmsil olunduğunu, onlardan 150-nin regionları təmsil etdiklərini bildirib.
URL / WWW
http://kelam.az/news/a-723.html