Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bahar Muradova: “Ermənistanı sülhə vadar etmək olar”
22.11.12 21:27

“Növbəti dəfə ATƏT Minsk Qrupunun həmsədrlərinin regiona edəcəkləri səfərdən yeni bir şey, hansısa təkliflər gözləmirəm”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsilə bağlı vəziyyətin bu şəkildə qalmasının özü anormal haldır: “Həmsədrlərin regiona səfəri nəticəsində danışıqlar prosesini bu vəziyyətdən çıxarmaq istiqamətində hansısa tərpəniş ola bilər. Səfərləri danışıqlar prosesində tərpənişin əlaməti kimi qiymətləndirmək olar”. Vitse-spiker deyib ki, beynəlxalq hüququn prinsipini pozan, konstruktivlikdən uzaq mövqe sərgiləyən Ermənistana təzyiq olmalıdır: “Təzyiqin ən müxtəlif formaları var və bunun arxasında konkret tədbirlər durur. Bu gün dünyada baş verən proseslər göstərir ki, təzyiq rıçaqları işə salınsa, Ermənistanı sülhə vadar etmək olar. Əks təqdirdə Azərbaycan öz ərazisində səlahiyyət və imkanlarına uyğun tədbirlər keçirməyə vadar olacaq. Bunun nə vaxt həyata keçiriləcəyini söyləmək çətindir, ancaq bu addım atılacaq”.
URL / WWW
http://kelam.az/news/a-7220.html