Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Mübariz Əhmədoğlu: Minsk qrupunun fəaliyyəti regionu sürətlə müharibəyə sürükləyir
21.11.12 19:05

ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı olan fəaliyyəti regionu sürətlə müharibəyə sürükləyir. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu “Qarabağ saatı”nda deyib. M.Əhmədoğlu bildirib ki, ATƏT-in Minsk qrupunun mövqeyi bu vaxta qədər tərəflər arasında nəinki etimad mühitinin yaradılmasına kömək etməyib, əksinə, kifayət qədər destruktivliyə şərait yaradıb. O qeyd edib ki, ATƏT-in Minsk qrupu XİN rəhbərlərinin dekabrda Dublində keçiriləcək görüşündə Dağlıq Qarabağ münaqişəsinin praktik tənzimlənməsinə imkan verən Böyük Sülh Sazişini qəbul etdirə bilməyəcəksə, o zaman istefa verməlidirlər. O hesab edir ki, ABŞ, Fransa və Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə ATƏT yox, BMT çərçivəsində məşğul olmalıdırlar. M.Əhmədoğlu, həmçinin Minsk qrupuna daxil olan hər üç dövlətin ayrı-ayrılıqda mövqeyindən də danışıb. O bildirib ki, Fransanın hazırkə prezidenti Fransua Olland münaqişənin tənzimlənməsi ilə bağlı Nikola Sarkozinin mövqeyini saxlamaqdadır. Rusiya bu məsələdə həmişəki kimi Ermənistanı dəstəkləyir. Ancaq bu dəstək Rusiyanın bütövlükdə Qafqazdakı maraqlarına ziyan vurur. ABŞ-ın münaqişənin tənzimlənməsindəki mövqeyinə gəldikdə, M.Əhmədoğlu deyib ki, Amerikanın regiondakı diplomatları ilə Barak Obama administrasiyası və Dövlət Departamentinin bu məsələdəki siyasəti üst-üstə düşmür, yaxud həmin siyasətə ziyan vurur. Onun sözlərinə görə, ABŞ-ın Azərbaycandakı səfiri münaqişənin tənzimlənməsindən deyil, daha çox enerji maraqlarının müdafiəsindən danışır. ABŞ-ın Ermənistandakı səfiri isə Amerikanın deyil, daha çox ermənilərin maraqlarına uyğun bəyanatlar verir. Bu da ABŞ-ın mövqeyinə ziyandır və erməniləri ruhlandırır.
URL / WWW
http://kelam.az/news/a-7205.html