Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » BMT-nin baş katibi gözlənilmədən Yəmənə səfər edib
20.11.12 20:53

BMT-nin baş katibi Pan Qi Mun gözlənilmədən Yəmənə səfər edib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Mun paytaxt Sənada Yəmən Prezidenti Əbd Rəbbu Mənsur Hadi ilə görüşüb. BMT-nin baş katibinin səfəri 33 il Yəmən prezidenti olmuş Əli Abdulla Salehin hakimiyyəti təhvil verməsi ilə nəticələnmiş “hakimiyyətin təhvili sazişi”nin imzalanmasının 1-ci ildönümünə təsadüf edib. Xatırladaq ki, Yəməndə etirazçılar Salehin istefası tələbi ilə ilk dəfə 2011-ci ilin yanvarında küçələrə axışmış, bu isə Tunis və Misirdə də prezidentlərin devrilməsi ilə nəticələnən inqilabların ilham mənbəyi olmuşdu.
URL / WWW
http://kelam.az/news/a-7197.html